Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusla bağlı son statistika

Koronavirusla bağlı son statistika

Tarix: 27 Iyul 2021 11:58

Dünyada 195 389 114 nəfərdə koronavirus aşkarlanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, virusdan 4 183 299 xəstə ölüb, 177 223 145 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (35 287 269 nəfər), Hindistan (31 440 951 nəfər), Braziliya (19 707 662 nəfər), Rusiya (6 149 780 nəfər) və Fransadır (5 999 244 nəfər).

Türkiyədə 5 618 417, İranda 3 723 246, Gürcüstanda 404 023, Ermənistanda isə 228 910 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (154 601 nəfər), İran (89 122 nəfər) və Türkiyədə (50 997 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 340 715 nəfərin 5 009-u ölüb, 332 136 xəstə sağalıb.

Milli.Az


Etiketlər:  Koronavirusla bağlı son statistika


RƏYLƏR