Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2021 12:10
İzmirdə (Türkiyə) ötən il üç nəfər tərəfindən təcavüzə məruz qalan Cemre Ateş məhkəmə qərarından narazılığını ifadə edib.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, təcavüzkarların sərbəst buraxılması qadını şoka salıb. Maraqlıdır ki, özünü qorumaq üçün təcavüzçülərdən birini yaralayan qadın mühakimə olunur. 28 yaşlı qadın "vəkilim prosesi izləyir, işin gedişi ilə bağlı çox məlumat vermək istəmirəm" deyib. Digər tərəfdən, yaşadığı hadisə ilə bağlı sosial mediadan böyük dəstək aldığını və bunun üçün hər kəsə təşəkkür etdiyini söyləyən Ateş "belə bir dəstəklə qarşılaşanacağımı düşünmürdüm" əlavə edib.
Kamran Seyidov