Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsmayıllıda yol tikintisi üçün 5,6 milyon manat ayrılıb - SƏRƏNCAM

İsmayıllıda yol tikintisi üçün 5,6 milyon manat ayrılıb - SƏRƏNCAM

Tarix: 30 Iyul 2021 15:09

Prezident İlham Əliyev İsmayıllı rayonunun Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 5,6 milyon (beş milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Milli.Az


Etiketlər:  İsmayıllıda yol tikintisi üçün 56 milyon manat ayrılıb SƏRƏNCAM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ