Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2021 18:50
Tokio Olimpiasında mübarizə aparacaq Azərbaycan idmanının "ağır artilleriya"sı, əsas medal ümidləri olan güləşçilərimizin çıxış cədvəli məlumdur.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Rafiq Hüseynov (yunan-Roma güləşi) və Elis Manolova (qadın güləşi) avqustun 2-də döşək üzərinə çıxacaq.
İslam Abbasov (yunan-Roma güləşi) və Turan Bayramov (sərbəst güləş) avqustun 5-də güləşəcək. Həmin gün əsas medal ümidlərimiz Şərif Şərifov, Hacı Əliyev (hər ikisi sərbəst güləş) və Mariya Stadnik (qadın güləşi) güləş xalçasına çıxacaq.
Qeyd edək ki, təsəlliverici və medal görüşləri bir gün sonra keçiriləcək. Görüşlər hər gün Bakı vaxtı ilə saat 06:00-da başlayacaq. Yarımfinallar 13:15-də, finallar isə 14:30-da start götürəcək.