Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Burada müsbət nəticə əldə etmək istəyirik'' - Andriya Pavloviç

''Burada müsbət nəticə əldə etmək istəyirik'' - Andriya Pavloviç

Tarix: 12 Avqust 2019 20:12

“İlk matç yaxşı oldu. Ancaq əminəm ki, daha yaxşı çıxış edə bilərik”.

Qol.az-ın məlumatına görə, bu sözləri APOEL-in futbolçusu Andriya Pavloviç Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la cavab oyuinu öncəsi keçirilən mətbuat konfransında deyib.

26 yaşlı hücumçu  bildirib ki, rəqib çox yaxşı komanda olsa da, sabah qələbə qazanmağa çalışacaqlar:  "Oyun keyfiyyətimizi daha artıra bilərik. Burada müsbət nəticə əldə etmək istəyirik. Bakıya 3-cü dəfədir gəlirəm. İlk səfərim "Çukariçki" ilə olub. "Kopenhagen"nin heyətində burada çətinlik çəkdik. Ancaq sabahkı matçda özümüzə, keyfiyyətlərimizə inanmalıyıq".
 
Qeyd edək ki,  Tofiq Bəhramov adına Respublika stadionunda sabah keçiriləcək cavab matçı saat 20:30-da başlayacaq. "Qarabağ"  Nikosiyada keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gəlib.

 


Etiketlər:  Burada müsbət nəticə əldə etmək istəyirik Andriya Pavloviç


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ