Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2021 17:56
Avqustun 3-də Tokio-2020 Yay Olimpiya Oyunlarında güləş yarışlarında daha 3 çəki üzrə mübarizəyə start veriləcək.
Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib.
Yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq) ilk mərhələdə kubalı Daniel Heçavarria ilə qarşılaşacaq. Həmyerlimiz bu görüşdə qalib gəlsə, 1/4 finalda Kiril Maskeviç (Belarus) - Məhəmməd Metvalli (Misir) qarşılaşmasında üstün olan güləşçiylə üz-üzə gələcək.
Qeyd edək ki, 87 kq-ın görüşləri C xalçasında keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.