Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu şəxslərə "valerian" dərmanı olmaz - Tromb, insult yaradar

Bu şəxslərə

Tarix: 2 Avqust 2021 20:36

Dərman pişikotu - valerian ürək-damar və sinir, əsəb sistemi xəstəliyi olanların əli altında sevimli vasitələridir.

Bitki tərkibli də olsa, bu dərmanın da zərərləri var.

Milli.Az kimlərə valerianın faydasından çox zərəri ola biləcəyini təqdim edir.

- Çox yaşlı adamlara olmaz - çünki valerian qanın laxtalanmasını artırır. Bu da öz növbəsində insult, infarkt, tromb yaranmasına səbəb ola bilər

- Yüksək təzyiq xəstələri - müntəzəm olaraq bu dərmanı qəbul etdikdə, sinir sistemi əksinə oyanıq olur və yuxusuzluq baş verir

- Qaraciyər xəstəliyi olanlar , böyrək xəstəlikləri, enterokolit, nefrit xəstəliklərində olmaz

- Ağır depressiya, cinsi zəiflik, erektil disfunksiyası, psixi pozuntuları olanlar həkim məsləhəti olmadan valerianı qəbul etməməli və başqa dərmanlarla birgə qarışdırmamalıdır

- Allergiyası olanlara

- Hamilə qadınlara

Nəzarətsiz, müntəzəm və çox valerian qəbulu zəhərlənməyə səbəb ola bilər: bu zaman baş ağrısı, baş gicəllənmə, təzyiqin aşağı düşməsi, yuxu, aşağı temperatur, ürəkbulanma, nəfəsdə çətinlik kimi simptomlar verə bilər.

Yaşlı və xəstə insanları hətta komaya sala bilər. /medicina.az

Milli.Az


Etiketlər:  Bu şəxslərə valerian dərmanı olmaz Tromb insult yaradar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ