Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimizin üzvü Niderland klubunda

Millimizin üzvü Niderland klubunda

Tarix: 3 Avqust 2021 17:24

"Sabah" yarımmüdafiəçisi Ozan Can Kökcü ilə yollarını ayırıb.

Milli.Az qafqazinfo-ya isatinadən xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 23 yaşlı futbolçu karyerasını Niderlandın "Telstar" klubunda davam etdirəcək.

Artıq bu keçidlə bağlı klublar arasında razılıq əldə olunub.

Ozan Can 2019-cu ildən "Sabah"ın uğurları üçün çalışırdı. Ötən mövsümün ikinci yarısını "Telstar"da icarədə keçirən Kökcü, "Sabah"da ümumilikdə 29 oyunda meydana çıxıb.

Milli.Az


Etiketlər:  Millimizin üzvü Niderland klubunda


RƏYLƏR