Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Səhiyyə sistemi bu vəziyyətə tab gətirməyə bilər" - Baş infeksionist

Tarix: 5 Avqust 2021 21:45

"Gürcüstanın səhiyyə sistemi yaranmış vəziyyətə tab gətirməyə və koronavirusa yoluxmuş xəstə axınının qəfil artmasının öhdəsindən gəlməyə bilər".

Milli.Az medicina.az-a istinadən bildirir ki, bunu Gürcüstanın Baş infeksionisti Tengiz Çerçvadze deyib. Onun sözlərinə görə, ölkədə aktiv yoluxma halları 33 mini ötüb:

"Bu ölkənin səhiyyə sistemi üçün böyük yükdür. Səhiyyə sistemi sadəcə buna tab gətirməyə bilər. Yalnız bütün qayda və tövsiyələrə dəqiq riayət etməklə yaranmış çətin vəziyyətin öhdəsindən gəlmək olar".
T. Çerçvadze həmçinin əlavə edib ki, "Delta" ştammı ölkədə fəal olaraq dövr edir və vəziyyət getdikcə ciddi xarakter almağa başlayır. O həmçinin bildirib ki, ölkə noyabr-dekabr aylarında qeydə aldığı rekord göstəricilərə yaxınlaşır.
Qeyd edək ki, Gürcüstanda hazırda "Delta", "Britaniya" və "Delta plus" ştammları qeydə alınıb.

Milli.Az


Etiketlər:  Səhiyyə sistemi bu vəziyyətə tab gətirməyə bilər Baş infeksionist


RƏYLƏR