Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2021 22:21
Ayaq sağlamlığı orqanizmdə böyük əhəmiyyət daşıyır. Ayaqlarda yaranan hər hansı problem günün narahat keçməsinə səbəb olur. Həmin problemlərdən biri də yastıpəncəlikdir. Ayaq tağının tamamilə yerə dəyməsi bu xəstəliyin göstəricisidir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həkim-ortoped Cəfər Nəsirlinin dediyinə görə, yastıpəncəlik zamanı xəstələrin ən çox şikayətləndiyi ayaq ağrıları və tez yorulmadır: "Yastıpəncəliyin müxtəlif səbəbləri var. Ona həm genetik, həm də sonradan yaranan travmalardan sonra sümük bağlarında anadangəlmə deformasiyalardan sonra refmotik artritlər və s. səbəb olur".
Ayaqda üçüncü və dördüncü dərəcədə yastıpəncəlik olması hərbi xidmət üçün yararsız hesab edilir. Həmin problemə uşaqlarla yanaşı, böyüklərdə də rast gəlinir.
Həkim-ortopedin dediyinə görə, əslində isə bütün uşaqlar yastıpəncəliklə doğulurlar. Pəncə tağı uşaqlarda 3 yaşdan sonra tədricən formalaşmağa başlayır: "Bəzən yastıpəncəliyin qarşısının alınması gecikərək uşaq yeriməyə başlayandan sonra meydana çıxır. Həmin hal təyin olunandan sonra xüsusi ortopedik ayaqqabılar və ayaqqabının içinə qoyulan korsetlərdən istifadə edilir".
Əgər ortezlərdən istifadə edilməsi nəticə vermirsə, həmin ağrılardan cərrahi əməliyyatla da xilas olmaq olar.