Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi

Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi

Tarix: 8 Avqust 2021 14:30

Xarici işlər naziri Ceyhun Bayramov bu gün Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 15 nəfərin ölməsi ilə bağlı başsağlığı verib.

Sonxeber.net-ın məlumatına görə, C. Bayramov "Tvitter" səhifəsində yazıb ki, qardaş Türkiyənin Balıkesir şəhərində faciəvi avtobus qəzası xəbərini böyük kədərlə qarşıladıq.

Nazir qəza nəticəsində vəfat edənlərin аilələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralılara Allahdan şəfa diləyib.

Qeyd edək ki, bu gün Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə yerli vaxtla gecə saat 04.40 radələrində Balıkesir-Edremit yolunda baş verib. Sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 14 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Xəstəxanaya yerləşdirilən 18 nəfərdən 1-i isə xəstəxanada vəfat edib.


Etiketlər:  Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ