Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Honda” 95 minə yaxın avtomobili geri çağırdı - Təhlükəsizlik yastıqlarına görə

“Honda” 95 minə yaxın avtomobili geri çağırdı - Təhlükəsizlik yastıqlarına görə

Tarix: 14 Avqust 2019 09:10

Bakı. Trend:

“Honda” şirkəti Çin bazarında 95 minə yaxın avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Qeyd olunur ki, yastıqlar işə düşdüyü zaman parçalana bilər, bu isə sürücü və sərnişinlərin həyatı üçün təhlükə yaradır.

Geri çağırılma 2002-ci ilin noyabrından 2015-ci ilin iyununa kimi Çində istehsal olunmuş “Crosstour”, “Fit”, “City”, “Accord”, “Odyssey” və “Everus S1” modellərinə şamil olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Honda minə yaxın avtomobili geri çağırdı Təhlükəsizlik yastıqlarına görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ