Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu gün Şəmkir və Lənkəranda qaz təchizatı dayandırılır

Bu gün Şəmkir və Lənkəranda qaz təchizatı dayandırılır

Tarix: 14 Avqust 2019 09:28

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün səhər saat 09:00-dan işlər başa çatanadək Şəmkir rayonunun Çinarlı qəsəbəsi və bir neçə kənddə qaz təchizatı dayandırılır.

Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu müddət ərzində SOCAR-ın Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral qaz kəmərində aşkarlanan qaz sızmalarının ləğvi və digər işlər icra ediləcək.

Bu gün saat 10:00-dan 18:00-dək isə Lənkəran qaz paylayıcı stansiyasında ölçü qovşağının dəyişdirilməsi ilə əlaqədar olaraq Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatında məhdudiyyətlər olacaq.


Etiketlər:  Bu gün Şəmkir Lənkəranda qaz təchizatı dayandırılır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ