Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aktrisanı 5 saat ağladan nə olub?

Aktrisanı 5 saat ağladan nə olub?

Tarix: 9 Avqust 2021 14:30

Aktrisa Alina Boz yutub proqramlarından birində verdiyi açıqlamalarla diqqət çəkib. 

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, 13 yaşından aktrisalığa başladığını bildirən Alina film setlərində böyüdüyünü qeyd edib:

"13 yaşımdan bəri seriallara çəkilirəm. "Paramparça" serialının son şam yeməyində 5 saat boyunca ağladım. 15 yaşımdan 18-ə qədər o serialda rol aldım. Hamıdan çox çəkiliş heyətini görürdüm". 

Aktrisa eyni zamanda unutqan olduğunu vurğulayıb:

"Bir az balıq hafizəliyəm. İnsanların adlarını unuduram. Oxuduqlarım ağlımda qalmır". 

Qeyd edək ki, A.Boz sonucu dəfə "Maraşlı" serialında və "Babamın öldüyü gün" qısametrajlı filmində rol alıb.


Etiketlər:  Aktrisanı saat ağladan olub


RƏYLƏR