Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2021 16:34
"Tokio Olimpiadası bir ay yarımdan sonra ilk yarışım idi. Rəqiblərim çətin olsa da, qrupdan çıxmağı bacardım. Qrupda ikinci olmağıma baxmayaraq, tam formada idim. Hələ Bakıdan Tokioya yola düşəndə demişdim ki, mən ora gümüş yox, qızıl medal üçün gedirəm. Bundan da pis ola bilərdi, Vətənə medalsız da qayıda bilərdim. Bu, tək mənim yox, bütün Azərbaycanın və müsəlmanların qələbəsidir".
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu Tokio Olimpiadasında gümüş medal qazanan Rafael Ağayev deyib.
Noyabrda BƏƏ-nin Dubay şəhərində dünya çempionatının keçiriləcəyini xatırladan titullu idmançı Olimpiadanın finalında uduzduğu italiyalı Luici Buzadan revanş almaq barədə düşünmədiyini vurğulayıb:
"Təqribən üç aydan sonra dünya çempionatı keçiriləcək. Özümü yaxşı hiss edirəm. Allah bütün idmançılarımızı, hamımızı qorusun. Düşünürəm ki. orada da iştirak edəcəyəm. Heç bir rəqibimi aşağılamıram və Buzadan revanş almaq barədə düşünmürəm. Çünki ona 11 dəfə qalib gəlmişəm, beş dəfə uduzmuşam. Sadəcə, Buza indiyədək tatamidə rəqibim idisə, bundan sonra düşmənimdir".