Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“TIR” sürücüsü qarşısına çıxan avtomobil sahibinə həyatının dərsini verdi

“TIR” sürücüsü qarşısına çıxan avtomobil sahibinə həyatının dərsini verdi

Tarix: 9 Avqust 2021 21:50

Magistral yolda əks istiqamətə çıxan sürücü "TIR"la burun-buruna gəldi. Qəza baş verməsə də məzəli anlar yaşandı.

Sonxeber.net avtosfer.az-a istinadən bildirir ki, xarici ölkələrin birində əks yola çıxaraq qəza şəraiti yaradan sürücü həyatının dərsini alıb. "TIR" sürücüsü yoluna çıxan sürücünün üzərinə gələrək avtomobilini geri sürməyə məcbur edib. Sürücü manevrə başladığı nöqtəyədək geri gəlib və yenidən öz zolağına qayıtmalı olub. 

Yük avtomobillərini ötməyə çalışan bəzi sürücülərin tələskənlik edərək əks yola çıxması çox zaman ağır qəzalarla nəticələnir. Bu videodakı sürücü yəqin bir də həyatı boyunca qarşı yolun təhlükəsizliyinə əmin olmadan manevrə başlamaz. 


Etiketlər:  sürücüsü qarşısına çıxan avtomobil sahibinə həyatının dərsini verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ