Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2021 13:44
Almaniyada vaksinasiya zamanı 8 557 nəfərə koronavirusa qarşı peyvənd əvəzinə adi fiziki məhlul vurulub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Aşağı Saksoniya vilayətinin Frislandiya dairəsinin rəsmi saytında məlumat verilib.
Hadisə martın 5-dən aprelin 20-dək olan müddət ərzində baş verib.
Qeyd edək ki, o zaman cəmi 6 nəfərə saxta "Pfizer" peyvəndinin vurulduğu bildirilmişdi. Aparılan araşdırma insidentin əsl miqyasını ortaya çıxarıb. İstintaqın davam etdiyi vurğulanıb.