Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2021 19:00
"Uzun illər boyu Ermənistanda azərbaycanlılara qarşı yürüdülən nifrət siyasəti bütövlükdə həmin cəmiyyətin üzvlərinin, habelə uşaqların psixologiyasına öz mənfi təsirini göstərir".
Sonxeber.net xəbər verir ki, bununla bağlı Ombudsman Aparatının yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, xüsusilə erməni uşaqlarda Azərbaycanfobiya hissi formalaşdıraraq, onları hərbi əməliyyatlara cəlb edən Ermənistan hərbi-siyasi rəhbərliyinin bu kimi addımları qətiyyən yolverilməzdir:
"BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyası, "Müharibə zamanı mülki şəxslərin qorunması haqqında" Cenevrə Konvensiyası 15 yaşınadək uşaqların müharibəyə cəlb edilməsini qadağan edir və bunu müharibə cinayəti kimi qiymətləndirir.
Təəssüf ki, beynəlxalq konvensiyalar üzrə götürdüyü öhdəliklərə əməl etməyən Ermənistanın siyasi və hərbi rəhbərliyi qeyd olunan normaları da heçə sayır. Bu kimi faktlarla bağlı daha geniş məlumatlar növbəti hesabatımızda yer alacaq.
Bu vəziyyət İnsan Hüquqları üzrə Müvəkkil olaraq məni ciddi narahat edir. Hesab edirəm ki, Ermənistan hökuməti götürmüş olduğu beynəlxalq öhdəliklərə riayət etməli və azərbaycanlılara qarşı nifrət siyasətindən əl çəkməlidir".