Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Torpaq məcralı və beton kanallar lildən və kol-kosdan təmizlənir - VİDEO

Torpaq məcralı və beton kanallar lildən və kol-kosdan təmizlənir - VİDEO

Tarix: 12 Avqust 2021 13:30

Xocavənd Suvarma Sistemləri Idarəsinin xidmət sahəsinə daxil olan suvarma sistemləri Yuxarı Mil kanalından qidalanır. İdarə əkin sahələrinin suvarılması üçün gücləndirilmiş iş rejimində çalışır. İdarənin balansında olan texnikalar vasitəsilə suvarma üçün istifadə olunan torpaq məcralı, beton kanallar lildən və kol-kosdan təmizlənir. Bununla da sahələrə suyun çatdırılması daha da sürətlənir. İdarə hazırda fəaliyyətini bir-neçə rayon istiqamətində davam etdirir.

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, hazırda Beyləqan rayonu ərazisində məskunlaşan Xocavənddən olan fermerlər bu il pambıq sahələrindən yüksək məhsuldarlıq gözlədiklərini bildirirlər. Sahələrin yaxınlığından keçən suvarma kanallarından istifadə edən sakinlər növbəlilik prinsipi ilə əkdikləri bitkiləri asanlıqla suvara bilirlər.

Xocavənd Suvarma Sistemləri idarəsi 14.1 kilometr suyığıcı dren şəbəkəsini, 362 ədəd müxtəlif növ hidrotexniki qurğuları, kanallar və onların mühafizə zolaqlarını, kanallar boyunca səviyyə qaldıran və suburaxan, selkeçirən və tənzimləyici qurğuları texniki tələblərə cavab verən səviyyədə saxlanmasını həyata keçirir. Bundan başqa idarə tərəfindən elektrik enerjisi ilə işləyən 3 aqreqatlı 1 nasos stansiya, 1 ədəd 50-80, 1 ədəd SNP 75-100 tipli su nasosu qurularaq istismar olunur. Nasosstansiya 200 hektar ərazini mekaniki üsulla suvarılması üçün nəzərdə tutulub.

Qeyd edək ki, Xocavənd Suvarma Sistemləri idarəsi tərəfindən 1010 hektar payızlıq taxıl bitkilərinin, 1467 hektar qarğıdalının, 1221 hektar soya, 48 hektar bostan-tərəvəz, 58 hektar pambıq, 698 hektar yonca, 92 hektar bağ bitkiləri və 237 hektar həyətyanı sahələrin vegetasiya suvarılması aparılır.


Etiketlər:  Torpaq məcralı beton kanallar lildən kosdan təmizlənir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ