Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2021 00:35
Həyat yoldaşı Uğur Akkuşla tətildə olan türk model Ebru Şallı bu gün ölüm xəbərini yalanlayıb və bir anlaşılmazlıq olduğunu bildirib.
Sonxeber.net sia.az-a istinadən xəbər verir ki, iş adamı Uğur Akkuşla xoşbəxt şəkildə evli olan Ebru Şallının xalasının bu gün vəfat etdiyi xəbəri yayılıb.
Xəbərdən sonra model sosial media səhifəsində açıqlama verərək anlaşılmazlıq olduğunu izah edib: "Xalamın dünyasını dəyişməsi xəbəri doğru deyil. Xalam sağdır. Düşünürəm ki, mətbuatdan olan dostlarım səhv anlayıblar. Hamımıza sağlam və xoşbəxt günlər arzulayıram".