Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2021 19:48
Alman avtomobil istehsalçısı Audi yeni futurustik elektrikli avtomobil konsepsiyası təqdim edib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Skysphere adlanan və dünən Kaliforniyadakı 2021 Monterey Avtomobil Həftəsində təqdim olunan elektromobil mükəmməl dizaynı və texnoloji interyeri ilə seçilir.
96,5 km/saat sürəti cəmi 4 saniyəyə yığan və tam enerji yığdıqdan sonra 500 km-ə qədər gedə biləcək lüks avtomobil həm də bir sıra texnoloji yeniliklərə sahibdir. Bunlara hərəkət zamanı ölçüləri dəyişə bilən təkərlər, tam və yarı-avtonom hərəkət imkanı, 25 sm-ə qədər böyüyə bilən kürəyəbənzər kabinə və başqaları aiddir.
Skysphere Audi-nin elektrikli avtomobillərə keçmək yolunda ən mühüm dönüş nöqtələrindən biri olacaq. Şirkət 2026-cı ildən sonra daxili yanma mühərrikli avtomobil buraxmayacağını və 2033-cü ilə qədər istehsalı tam elektrikli modellərə keçirəcəyini bildirib.
Sentyabrın 1-də daha bir gələcəyin modeli - Grandsphere, növbəti ilin ortalarında isə Urbansphere təqdim olunacaq. Müştəri marağı və sifarişlərin həcmindən asılı olaraq, yeni modellərin buraxılış tarixi daha sonra dəqiqləşəcək.