Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xanım sürücü yeniyetməni vurub öldürdü - FOTO

Xanım sürücü yeniyetməni vurub öldürdü - FOTO

Tarix: 16 Avqust 2021 12:20

Paytaxtın Heydər Əliyev prsopektində xanım sürücü yolu keçməyə çalışan yeniyetmə oğlanı vurub.

Sonxeber.net avtosfer.az-a istinadən bildirir ki, "Hyundai Elantra" markalı avtomobili idarə edən xanım sürücü yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçməyə çalışan yeniyetməni vuraraq yolun kənarında tullayıb. Yeniyetmə aldığı xəsarətlərin ağırlığından yerindəcə dünyasını dəyişib. Qəza Şəfa stadionun qarşısında baş verib. Hadisə yerinə dərhal polis əməkdaşları gəlib.

Qeyd edək ki, hadisənin baş veridiyi yerin yaxılığında yerüstü piyada keçidi var. Lakin təəssüflər olsun ki, piyadalar yolu qısa etmək üçün bu keçiddən istifadə etməyərək həm özlərini, həm də sürücülərin həyatını riskə atır. Onu da vurğulayaq ki, bu yolda sürət həddi 90 km/ saatdır. Lakin qəzanı törədən sürücünün sürət həddini aşdığı ehtimal edilir. 


Etiketlər:  Xanım sürücü yeniyetməni vurub öldürdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ