Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2021 21:24
"İşlədiyim Texas uşaq xəstəxanasının 160 yataqlı reanimasiyası var və hamısı doludur".
Sonxeber.net xəbər verir ki, bunu "Texas Children's Hospital"ın həkimi Yusif Hacıyev feysbuk hesabında paylaşıb.
Həkim qeyd edib ki, xəstəxanada qalmaq üçün lazım olan planlı əməliyyatlar dayandırılıb:
"Daha çox üst və alt tənəffüs yolu infeksiyaları və ağırlaşmalardır. Texas ştatında son 1 həftədə 5800 uşaq üst və alt tənəffüs infeksiyasından xəstəxənaya yatızdırılıb. Onların 783-ündə koronavirus test nəticəsi pozitif. Bir daha fikir verin, uşaq deyirəm. Peyvənd olunun! Maska taxın! Məsafə saxlayın!" /medicina.az