Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2021 11:06
Vətən müharibəsində olduğu kimi postkonflikt mərhələsində də Azərbaycan Prezidenti verdiyi qərarlar, etdiyi açıqlamalar, atdığı addımlarla əsl sərkərdə keyfiyyətlərini göstərməkdə davam edir. Son günlər Qarabağın Rusiya sülhməramlıların müvəqqəti nəzarəti altında olan hissəsində ermənilərin bir xeyli fəallaşması, demək olar ki, hər gün ardı-arası kəsilməyən atəşkəs hallarının artıq iri çaplı silahlardan pozulması kimi faktlar barədə məlumatlar alırıq.
Ermənistan müxtəlif güc mərkəzləri, havadarlıq edən qüvvələr vasitəsilə regionda hələ də sabitlikdə, sülhdə, stabillikdə maraqlı görünmürlər. Bu azmış kimi düşmən kontingentin yaratdığı fürstədən eninə-boluna istifadə edərək, sülhməramlıların müvvəqqəti səlahiyyət çərçivəsində olan ərazilərdə yeni postlar qurur, həmin ərazilərə canlı qüvvə ilə yanaşı, silah-sursat da daşımağa macal tapırlar. Elə bu amil Ermənistanın yenidən əl-qolunu açmağa, 44 günlük müharibənin ağır nəticələrindən nəticə çıxarmadan revanş istəklərini artırır.
Sülhməramlıların 10 noyabr bəyanatına zidd davranışlarından maksimum şəkildə faydalanmağa çalışan Ermənistan yenidən azğınlaşmağa başlayıb. Belə bir zamanda Azərbaycan Prezidentinin qəfil olaraq atəşkəsin demək olar ki, hər gün pozulduğu Kəlbəcər və Laçına səfəri, orada çox mühüm strateji əhəmiyyətə malik obyektlərin açılışında iştirakı, bölgəyə pilot layihə olaraq göndərilən kənd təəssərüffatı işçiləri ilə görüşməsi İlham Əliyevi heç bir təhlükənin onu məqsədindən döndərə bilməyəcəyini bir daha təsdiq etdi.
Ortada heç bir sülh müqaviləsi olmadığı bir vəziyyətdə Azərbaycan Prezidentinin Kəlbəcər, Laçın səfəri onun istər 44 günlük müharibənin gedişində, istərsə də keçən 9 ay ərzində ortaya qoyduğu qətiyyətin, iradənin növbəti təzahürüdür. Bölgədə yalnız sülh tərəfdarı olduğunu az qala hər çıxışında müxtəlif prizmalardan izah edən dövlət başçısı Vətən müharibəsi zamanı bütün təhlükələrə Ordusu ilə birgə sinə gərdiyi kimi yenidən Vətən üçün hər hansı bir təhdid hiss edəcəyi halda beynəlxaq hüquq normalarının da dəstəklədiyi kimi güc metodu işə düşəcək.
Preizdentin yeni Fərmanına əsasən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil edilən Kəlbəcər və Laçının Azərbaycan üçün nə qədər strateji əhəmiyyətə malik olduğu heç kimə sirr deyil. "Zaman ən böyük düşmənimizdir" deyən Prezident, bu məqsədlə mümkün qədər qısa zaman kəsiyində həmin ərazilərdə müxtəlif infrastruktur layihələrin həyata keçirilməsi üçün bütün imkanları səfərbər edib. Çünki qışı daha soyuq, sərt keçən həmin ərazilərdə Azərbaycan hərbiçilərinin rahat hərəkətinin təmin edilməsi, onların yeyəcək, geyəcəklə təminat məsələsində hər hansı bir çətinliyin baş verməməsi üçün inşa edilən kilometrlərlə uzunluqda olan tunellər nə qədər əhəmiyyət kəsb edirlərsə, 30 il öz doğma yurd-yuvalarından didərgin düşən həmvətənlilərimizin evlərinə qayıtması üçün o qədər böyük əhəmiyyət daşıyır. Təbii ki, bu hər iki porosesin paralel olaraq icra edilməsi Azərbaycan dövlətinin qarşısında hazırkı mərhələdə ən prioritet məsələ kimi durur. Elə bu səbəbdən də ötən gün silah səslərinin səngimək bilmədiyi ərazilərimizə çox rahat şəkildə yollanan Prezident İlham Əliyev bu səfər çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub.
Artıq sentyabrın ilk günlərində Füzuli Beynəlxalq Hava Limanında ilk uçuşların həyata keçiriləcəyini nəzərə alsaq, Azərbaycanın belə bir Hava Limanının Laçında inşası prosesini sürətləndirməsi eyni zamanda 10 noyabr bəyanatında nəzərdə tutulan kommunikasiyaların açılması prosesinin bir tərkib hissəsidir. Rəsmi Bakı bununla işğaldan azad edilən ərazilərdə məskunlaşma prosesini sürətləndirməklə yanaşı həmin ərazilərə paytaxt və ətraf rayon və şəhərlərdən gediş-gəlişi asanlaşdırmaq məqsədi dayanır. Çünki Prezident yaxşı anlayır ki, həmin ərazilərə gediş-gəliş müddəti nə qədrə qısa olarsa, Azərbaycanın həmin ərazilərdə həm planlaşdırdığı bütün layihələri icra etmək imkanları daha böyük olacaq, həm də bölgənin təhlükəsizliyi məsələsi daha çox təmin ediləcək.
Dövlət başçısının bu son səfəri bir daha göstərdi ki, Azərbaycanı heç bir qüvvə, heç bir təhdid yolundan, məqsədindən döndərə bilməz. Bizim işimiz haqq işidir, biz 30 il sonra öz torpaqlarımıza qayıtdıq və bir daha bölgədə, regionda erməni faşizminin baş qaldırmasına imkan vermək fikrində deyilik.
Təhməz Əsədov