Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda inşa olunmuş güzəştli mənzillərin seçimi başa çatıb

Sumqayıtda inşa olunmuş güzəştli mənzillərin seçimi başa çatıb

Tarix: 17 Avqust 2021 18:38

Mənzil İnşaatı Dövlət Agentliyinin regionda ilk layihəsi - Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən 1 və 2 saylı binalar üzrə hər birində 72 mənzil olmaqla, ümumilikdə 144 mənzilin güzəştlə satışı prosesinə bu gün saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 24.05.2017-ci il tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq satışa çıxarılan 144 mənzilin seçimi "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil" elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilmişdir. "Güzəştli mənzil" sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 19 906 nəfərdir.

Bugünkü satış zamanı 144 mənzilin seçimində iştirak edənlərin sayı 1131 nəfər olmuşdur. Bu saata olan məlumata görə seçilmiş 144 mənzilin 97-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında xüsusi karantin rejimi qaydalarına uyğun olaraq yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib.

"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq 

Milli.Az


Etiketlər:  Sumqayıtda inşa olunmuş güzəştli mənzillərin seçimi başa çatıb


RƏYLƏR