Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2021 20:15
Əfqanıstanda hakimiyyətə ələ keçirmiş "Taliban" hərəkatı bu gün paytaxt Kabildə mətbuat konfransı təşkil edib.
Sonxeber.net bildirir ki, konfransda "Taliban"ın ictimaiyyət və media ilə iş departamamentinin rəhbəri Molla Zəbiulla Məcid hərəkatın ölkənin idarəetməsi ilə bağlı siyasətini açıqlayıb.
"Taliban"ın bu gün Kabildə keçirdiyi mətbuat konfransında səslənən proqram bəyanatından:
1. Əfqanıstanda qadınlar orta və ali təhsil alacaqlar. Orta məktəblərdə oğlanlar və qızlar ayrılıqda oxuyacaqlar.
2. Qadınların iş hüüququ olacaq.
3. "Taliban" qadınlardan çadra və burka geyməyi tələb etmir. Sadəcə, başlarında yaylıq olsa, yetər.
4. Əfqanıstan İlsam Əmirliyi kimsənin təhdid etmir, kimsə ilə düşmənçilik etmək niyyətində deyil. Qisas "Taliban"ın yolu deyil.
5. İslam Əmirliyinin liderləri ümummilli əfv göstərişi veriblər. "Taliban" Əfqanıstanda ona qarşı çıxan hər kəslə düşmənçiliyə son qoyur.
6. "Taliban" fəxr edir ki, 20 illik mübarizədən sonra Əfqanıstanı əcnəbi işğalından azad edən qüvvəyə çevrilib.
7. Əfqanıstandakı səfirliklərin və beynəlxalq təşkilatların təhlükəsizliyinin təminatı "Taliban" üçün prioritet məsələdir.
8. Əfqanıstanda güclü inklüziv İslam hökuməti formalaşdırılacaq.
9. Əfqanıstanda narkotik maddələrin istehsalına son qoyulacaq.
10. "Taliban" Rusiya, Pakistan və Çinlə əlaqələrə xüsusi önəm verir.