Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2021 17:36
Əfqanıstanın keçmiş Prezidenti Həmid Kərzai və Milli Barışıq üzrə Ali Şuranın sədri Abdulla Abdulla "Taliban"la görüşüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, görüş bu gün Kabildə baş tutub.
Agentlik bildirib ki, Həmid Kərzai və Abdulla Abdulla "Taliban"ın Dohadakı müzakirələr komandasının üzvü və Əfqanıstan İslam Əmirliyinin üç vəkilindən biri Saracudind Haqqaninin qardaşı Anas Haqqani ilə görüşüb.
Görüşdə həmçinin Nümayəndələr Palatasının spikeri Fazal Hadi Muslimyar və ovaxtkı prezident Həmid Kərzainin administrasiyasının rəhbəri Kərim Xurram da iştirak edib.
Görüşdə medianın iştirakına icazə verilməyib.