Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Estoniyada məişət zorakılığı qurbanlarının sayı artır

Estoniyada məişət zorakılığı qurbanlarının sayı artır

Tarix: 18 Avqust 2021 21:02

Bu ilin ilk altı ayı ərzində məişət zorakılığı qurbanlarına dəstək xidmətinə həyat yoldaşı, otaq yoldaşı və ya partnyoru tərəfindən zorakılığa məruz qalma halları ilə bağlı 1648 məlumat daxil olub ki, bu da ötən illə müqayisədə ən az iki dəfə çoxdur. Keçən ilin müvafiq dövrü ərzində otaq yoldaşının zorakılığı nəticəsində 8 nəfər, bu il isə bir nəfər dünyasını dəyişib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin Sosial Sığorta Departamenti məlumat yayıb.

Departamentin partnyor və ya otaq yoldaşı tərəfindən zorakılıq halları üzrə eksperti Virve Kass bildirilib ki, getdikcə daha çox insan məişət zorakılığının açıq-aşkar cinayət əməli olduğunu anlayır və yardım üçün müraciət edir.

"Təəssüf ki, məişət zorakılığı halları həqiqətən elədir ki, söhbət təkcə bir qurbandan yox, bir qayda olaraq, uşaqlardan gedir. Lakin, bütün hallar çox fərqlidir. Məsələn, yetkin uşaqların yaşlı valideynlərinə qarşı zorakılıq etdikləri barədə daha çox məlumat alırıq", - deyə ekspert Virve Kass vurğulayıb.

O bildirilib ki, məişət zorakılığı hadisələrinin təxminən 80 faizində təcavüzkar rolunda kişi çıxış edir.

Sosial Sığorta Departamenti ölkədə polis, prokuror və uşaqların müdafiəsi üzrə mütəxəssislər ilə əməkdaşlığı gücləndirib.

Milli.Az


Etiketlər:  Estoniyada məişət zorakılığı qurbanlarının sayı artır


RƏYLƏR