Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2021 22:16
"Qan tökülməsinin qarşısını almaq və böyük bir fəlakətə mane olmaq üçün ölkədən getmək məcburiyyətində qaldım".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Talibanın Kabili ələ keçirməsindən sonra Əfqanıstanı tərk edən Əşrəf Qani feysbuk hesabından xalqa və dünyaya səslənərkən deyib.
"Əfqanlar üçün ədalət yolundakı mübarizəni davam etdirə bilmək naminə Əfqanıstana dönənə qədər digərləri ilə fikir mübadiləsi aparacağam. Yaxın gələcəkdə ölkəyə qayıdacağam.
Təhlükəsizlik qüvvələri məni ölkədən çıxmağa məcbur etdi. Əmlakımı və gizli sənədləri Əfqanıstanda qoydum", - Ə.Qani bildirib.