Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2019 13:36
Bakı. Trend:
Yaponiyanın qərbində tüğyan edən “Krosa” qasırğası 16 nəfərin xəsarət almasına səbəb olub.
Trend-in məlumatına görə, 15 prefekturada sürüşmə və daşqınlar təhlükəsi ilə 7 minədək sakin təxliyə olunub.
Ümuumilikdə, 580 minə yaxın sakinin təxliyəsi gözlənilir. Qasırğa Sikoku və Küsü adalarında 280 mindən çox evi təhlükə altında qoyub.
Yaponiyanın qərbində 700-dək aviareys təxirə salınıb, dəmir yollarında hərəkət dayandırılıb.
Sinoptiklər 1200 millimetrədək yağıntının düşəcəyini planlaşdırır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin