Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2021 10:44
Armen Qriqoryan Ermənistan xarici işlər nazirinin birinci müavini vəzifəsindən azad edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bununla bağlı müvafiq fərman imzalayıb.
Nikol Paşinyan Armen Qriqoryanı Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edib.
Qeyd edək ki, Armen Qriqoryan xarici işlər nazirinin birinci müavini təyin edilməzdən əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb.