Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2021 14:18
Ekspert: Növbəti 10 ildə bu bölgəyə 500 min turistin gəlməsi hədəflənib
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, sovet dönəmində təkcə Kəlbəcərin "İsti su" sanatoriyasına il ərzində 50 min turist gəlirdi. Reklamçılığın inkişaf etmədiyi, dünya səviyyəli turizm sərgilərinin keçirilmədiyi bir dövrdə. İndi Azad Kəlbəcərin turizm potensialını düşündükcə bütün bunları hesaba qatsaq, ərazinin ciddi şəkildə inkişafının nə qədər sürətli olacağını təsəvvür etmək mümkündür.
Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, bölgədə inşa edilən hava limanları bu işdə köməyimizə çatacaq. Üstəlik Kəlbəcər və Laçında yay turizmi ilə yanaşı qış turizminin də inkişaf etdirilməsi vacibdir.
Ekspertin fikrincə, bölgənin turizm cənnəti kimi dünya çapında tanınması üçün burada beynəlxalq festivalların keçirilməsi, müxtəlif bayramların təşkil edilməsi olduqca vacibdir.
Kəlbəcər-Laçın iqtisadi rayonu Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edir. Vaxtilə bu rayonlarda olan sanatoriyalar, şəfa mərkəzləri, kurortlar hazırda araşdırılır. Qarabağa Böyük qayıdış çərçivəsində, bu ərazilərdə olan bütün turizm obyektlərinin bərpası və yenidən qurulması əsas planlar arasındadır.