Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2021 13:50
Futbol üzrə Venesuela millisi baş məşqçisi Joze Pezeyru ilə yollarını ayırıb.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis öz istəyi ilə vəzifəsini tərk edib.
Pezeyru köməkçiləri ilə birlikdə maaşı gecikdiyi üçün ayrılmaq qərarına gəlib. Federasiya yeni baş məşqçini tezliklə açıqlayacağını bildirib.
Qeyd edək ki, Joze Pezeyru 2020-ci ilin fevralından yığmaya rəhbərlik edib.