Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2021 20:28
20:26
Ana və qeyri-rəsmi nikahda yaşadığı kişi ilə 11 yaşlı övladını döyərək öldürüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy rayon mərkəzində, ailənin yaşadığı evdə baş verib.
Əldə olunan məlumata görə, naməlum səbəbdən Gülay Təhməzova qeyri-rəsmi nigahda yaşadığı Anar Məmmədovla əlbir olaraq 11 yaşlı oğlu, F.Təhməzovu döyərək öldürüb.
Daha sonra izi azdırmaq üçün uşağın meyitini Goran qəsəbəsi yaxınlığındakı qamışlığa atıblar.
Hadisəni törətməkdə şübhəli bilinən hər iki şəxs saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.
19:49
Goranboy rayonunda naməlum meyit aşkarlanıb.
Goran qəsəbəsində tapılan meyit tibbi ekspertizaya aparılıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, Goran qəsəbəsində meyiti tapılan şəxs 2010-cu il təvəllüdlü Fərid Təhməzovdur. O, qətlə yetirilib və meyiti qamışlıq əraziyə atılıb.
Hadisənin təfərrüatları və cinayətin kim tərəfindən törədildiyi araşdırılır.
Yaxınlarının dediyinə görə, o, bir neçə gün əvvəl itkin düşüb. F.Təhməzov aşura günü dini mərasimlə bağlı Gəncə şəhərinə getmək adıyla evdən çıxıb.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.