Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2021 13:10
Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Babayev Türkiyədən qayıdıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, səhhətində problem yaranan xanəndə müalicə üçün qardaş ölkəyə yollanıb. Hazırda özünü yaxşı hiss edən A.Babayev Qaxda dincəlir. Bu haqda aparıcı Lalə Azərtaş bildirib.
Muğam ifaçısının yeni görüntüsünü yayımlayan aparıcı "Qaxda onun qonağı olacağıma söz vermişdim. Gəldim və xalqın sevimli oğlu - Arif Babayevə baş çəkdim. Səhhəti lap yaxşıdır, hamınıza da salamı var" sözlərini yazıb.
Qeyd edək ki, A.Babayev ötən il insult keçirib.