Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əhməd Məsud ''Taliban''ı tanımır - Əfqanıstanda vətəndaş müharibəsi təhlükəsi

Əhməd Məsud ''Taliban''ı tanımır - Əfqanıstanda vətəndaş müharibəsi təhlükəsi

Tarix: 23 Avqust 2021 14:08

1980-ci illərdə antisovet müqavimətinin liderlərindən olan mərhum Əhməd Şah Məsudun oğlu Əhməd Məsud nəzarətindəki əraziləri Talibana verməyəcəyini bildirib.

Əhməd Məsud ölkəni Talibanın iştirakıyla idarə etmək üçün hərtərəfli hökumət qurmağa çağırıb. O xəbərdarlıq edib ki, yaraqlılar dialoqdan imtina edərlərsə, müharibə "qaçılmaz" olacaq.

Hökumət qüvvələrinin qalıqlarının və xüsusi təyinatlıların Pəncşir Vadisinə yığışaraq yerli döyüşçülərlə birlikdə Milli Müqavimət Cəbhəsi formalaşdırdığı xəbər verilir. Talibanın isə vadiyə yüzlərlə döyüşçü göndərdiyi bildirilir.

Əfqanıstanın əvvəlki hökumətində vitse-prezident olmuş, hazırda əraziyə sığınmış Əmrulla Saleh tvitində yazıb ki, islamçılar "Pəncşirin girəcəyinə qüvvələrini yığıblar".

Əhməd Məsud islamçı hərəkatla dinc danışıqlara ümid etdiyini, amma Pəncşirdəki qüvvələrinin döyüşə hazır olduğunu söyləyib.

"Talibanı yeganə yolun danışıqlardan keçdiyinə inanmağa məcbur etmək istəyirik. Müharibənin başlamasını istəmirik", - o deyib.

Müqavimət cəbhəsi "uzunmüddətli münaqişəyə" hazır olduğunu bəyan edib, qrupun sözçüsü Əli Mayzam Nazari deyib.


Etiketlər:  Əhməd Məsud Talibanı tanımır Əfqanıstanda vətəndaş müharibəsi təhlükəsi


RƏYLƏR