Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Böyük Britaniyada peyvəndin 3-cü dozasının tətbiqinə növbəti aydan başlanacaq

Böyük Britaniyada peyvəndin 3-cü dozasının tətbiqinə növbəti aydan başlanacaq

Tarix: 23 Avqust 2021 20:32

Böyük Britaniyada peyvəndin 3-cü dozasının tətbiqinə növbəti aydan etibarən başlanacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, səhiyyə naziri Səcid Cavid Peyvəndlənmə və İmmunizasiya üzrə Komitənin son tövsiyələrindən sonra 3-cü dozanın tətbiqinə başlayacaqlarını açıqlayıb.

O bildirib ki, 3-cü doza əvvəlcə immunitet sistemi zəif olan insanlara tətbiq olunacaq.

Peyvəndlənmə və İmmunizasiya üzrə Komitə tərəfindən nəşr olunan müvəqqəti məsləhət kitabçasında 50 yaşdan yuxarı olanlar da daxil olmaqla 30 milyondan çox həssas insan üçün peyvəndin üçüncü dozası tövsiyə olunur.

Qeyd edək ki, Krallıqda peyvəndin 1-ci dozası 47 milyon, 2-ci dozası isə 41 milyon nəfərə vurulub.

Milli.Az


Etiketlər:  Böyük Britaniyada peyvəndin 3 dozasının tətbiqinə növbəti aydan başlanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ