Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2021 08:12
Cənubi Koreyanın cənub bölgələrini cənginə alan "Omais" tayfunu elektrik təchizatında fasilələr yaradıb, evlər və yolları suya qərq edib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu səbəbdən 10 mindən çox insan təhlükəli ərazilərdən təxliyyə olunmağa məcbur olub.
Çedjudo adasında 219 mm., Pusan şəhərində 159 mm. Yağıntı düşüb. Küləyin sürəti 19 m/s-yə çatıb. Pusan və Ulsanda 220-yə yaxın ev təsərrüfatının elektrik təchizatında fasilələr yaranıb. Yanğınsöndürənlər su altında qalmış ərazilərdən 11 nəfəri xilas edib. Ölən və xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Tayfun səbəbindən 86 aviareys ləğv olunub və ya tarixi dəyişdirilib.