Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qureyşi ''Taliban''la dialoqa çağırıb

Qureyşi ''Taliban''la dialoqa çağırıb

Tarix: 24 Avqust 2021 08:30

İslamabad dünyanın bütün ölkələrini Əfqanıstanda hakimiyyətə gələn radikal "Taliban" hərəkatı ilə dialoq qurmağa çağırıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi keçirdiyi mətbuat konfransında bildirib.

"Beynəlxalq cəmiyyət Əfqanıstanda "Taliban"la əlaqədə qalmalıdır", - deyə "Jeo TV" Qureyşidən sitat gətirib.

Pakistan xarici işlər nazirinin sözlərinə görə, yaxın gələcəkdə Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün İran, Türkmənistan, Tacikistan və Özbəkistana səfər edəcək. O, Pakistanın bu ölkədə sülhü inkişaf etdirmək niyyətində olduğunu və bölgənin digər dövlətlərinin də bunu edəcəyinə ümid etdiyini qeyd vurğulayıb.


Etiketlər:  Qureyşi Talibanla dialoqa çağırıb


RƏYLƏR