Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da sel fəlakəti - 22 nəfər ölüb, 50-si itkin düşüb

ABŞ-da sel fəlakəti - 22 nəfər ölüb, 50-si itkin düşüb

Tarix: 24 Avqust 2021 08:58

ABŞ-ın Tenessi ştatında şiddətli yağışların səbəb olduğu seldə itkin düşənlərin sayı 50-ni ötüb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, həftəsonu baş verən fəlakətdə azı 22 nəfər həyatını itirib.

Bildirilib ki, gözləniləndən üç dəfə çox yağan yağışın yaratdığı sel yolları, telefon və elektrik xətlərini sıradan çıxarıb.

Təcili yardım əməkdaşları hər evi tək-tək gəzərək, zərərçəkənlərə kömək etməyə çalışırlar.

Seldə ölənlərdən ikisi yeddi aylıq əkiz uşaqlar olub.


Etiketlər:  ABŞ fəlakəti nəfər ölüb itkin düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ