Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anqolanın keçmiş nəqliyyat naziri 14 il həbs cəzasına məhkum edilib

Anqolanın keçmiş nəqliyyat naziri 14 il həbs cəzasına məhkum edilib

Tarix: 16 Avqust 2019 01:52

Bakı. Trend:

Keçmiş Anqolanın nəqliyyat naziri Auquştu Tomaş Luanda Ali Məhkəməsi tərəfindən vəzifə cinayətlərinə görə 14 il həbs cəzaya məhkum edilib.

Trend-in məlumatına görə, bu barədə "AFP" agentliyi bildirib.

Qeyd edək ki, 2008-ci ildən 2017-ci ilə qədər Prezident Joze Eduardo duş Santüşun rəhbərliyi dövründə nəqliyyat naziri vəzifəsini icra edən Auquştu Tomaş 2018-ci ilin payızında həbs edilib.

A.Tomaşa vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət vəsaitlərinin mənimsənilməsi və korrupsiya olmaqla altı maddə üzrə ittiham irəli sürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Anqolanın keçmiş nəqliyyat naziri həbs cəzasına məhkum edilib


RƏYLƏR