Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağ səmasına qalxan təyyarə - Füzulidə qurulan yeni infrastruktur - VİDEO

Qarabağ səmasına qalxan təyyarə - Füzulidə qurulan yeni infrastruktur - VİDEO

Tarix: 24 Avqust 2021 14:56

Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşu həyata keçirilib. Avqustun 20-də başlayan sınaq uçuşu ayın 25-də tamamlanacaq. Eniş-uçuş zolağı hazır olan aeroport regionda ən qısa zaman kəsiyində inşa edilən Beynəlxalq Hava Limanıdır. 2021-ci il yanvarın 14-də Prezidentin sərəncamı ilə təməli qoyulan aeroport artıq hava gəmilərini tam qəbul etmək imkanına malikdir. Uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kv metrlik 8 hava gəmisinin dayanması üçün bütün şərait yaradılıb. Müasir texnologiya ilə tikilən aeroport 1 saat ərzində 200 sərnişinə xidmət etmək imkanına malikdir.

Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, Füzulini təmsil edən millət vəkili onu da bildirdi ki, işğaldan azad olunan ərazilərin yüksək potensiala malik olması imkan verəcək ki, Azərbaycanın xarici bazarlara çıxışı təmin olunsun, beynəlxalq yükdaşımalar genişlənsin.

Hava limanının uçuş zolağının inşasının ilin sonuna kimi tamamlanması planlaşdırılır. Qeyd edək ki, işğaldan əvvəl də Füzulidə hava limanı mövcud idi. Uçuş zolağı 1600 metr olan hava limanı da elə Füzuli kimi xarabalığa çevrildi.

Yeri gəlmişkən bu gün həm də Füzulinin işğal tarixidir. 1993-cü il avqustun 23-də rayon Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. Lakin 1994-cü il Horadiz əməliyyatı zamanı Füzulinin 22 yaşayış məntəqəsi azad olundu. 1-ci Qarabağ müharibəsində rayon 657 nəfər şəhid verib. 181 nəfər əsir və itkin düşüb. 400 nəfər əlil olub. İşğal müddətində Füzulinin təbii sərvətləri talanıb, tarixi abidələri məhv edilib.

O dövrdə elə Cəbrayıl da analoji hadisəni yaşadı. Füzuli ilə eyni gündə - 1993-cü il avqustun 23-də işğal olunan Cəbrayılın şəhər də daxil olamaqla 4 qəsəbə və 92 kəndi yerlə yeksan edildi. Yaşayış obyektləri ilə yanaşı, tarixi və dini abidlər, muzey və mədəniyyət ocaqları talandı.

Məcburi köçkünlük dövründə sakinlər respublikanın 54 müxtəlif şəhər və qasəbələrində məskunlaşdı. 27 illik didərgin həyatı yaşadıqdan sonra 2020-ci il sentyabrın 27-də başlayan 2-ci Qarabağ müharibəsi 44 gündə vəziyyəti dəyişdi. İşğala son qoyuldu və bu gün hər kəs işğal gününü elə tarix kimi xatırlayır.

2020-ci il oktyabrın 4-də Cəbrayıl, oktyabrın 17-də isə Füzuli tam azad olundu və Cəbrayıl ilk işğaldan azad edilən ilk rayon kimi yaddaşlardan qaldı . İşğal tarixi eyni olan bu rayonlarla yanaşı, digər azad olunan ərazilərin baş planı hazırlanır. Tezliklə köçkünlük hıyatı yaşayan insanlar öz doğma torpaqlarına qayıdacaqlar.


Etiketlər:  Qarabağ səmasına qalxan təyyarə Füzulidə qurulan yeni infrastruktur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ