Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2021 12:28
Ermənistan parlamentinin "Şərəf duyuram və "Ermənistan" fraksiyaları qanunverici orqanda deputatlara qarşı zorakılığı qətiyyətlə pisləyib. "News.am" yazır ki, bu barədə iki müxalifət fraksiyasının yaydığı birgə bəyanatında deyilir.
Sonxeber.net virtualaz.org-a istinadən xəbər verir ki, bəyanatda qeyd edilir ki, bu, qanunverici orqanın tarixində rüsvayçı hadisədir. "24 avqust - hakimiyyəti təmsil edən bir qrup insanın qanunsuz göstərişlərə əməl edərək ölkənin qanunverici orqanda demokratik dəyərlərə qarşı cinayət törətdiyi gün parlament tarixinin ən biabırçı səhifələrindən biri olacaq.
Ermənistanda zorakılığın təbliğatı və nifrət atmosferinin bir mənbəyi var - Nikol Paşinyanın başçılıq etdiyi "Vətəndaş sazişi" partiyası. Biz bu gün cinayət törədənlərin siyasi və hüquqi məsuliyyətə cəlb olunması işinin ardınca gedəcəyik", - bəyanatda qeyd edilir.