Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kartof üz yorğunluğunu götürürür

Kartof üz yorğunluğunu götürürür

Tarix: 26 Avqust 2021 05:06

Yayın istisindən, günəşin zərərli təsirindən və tərləmə kimi səbəblərdən yorğun düşən, solğunlaşan cildinizi təkrar əvvəlki gözəlliyinə qovuşduraraq canlandırmaq istəyirsinizmi? Bu işdə sizə kartof maskası da kömək edə bilər. Kartof, süd və yumurta sarısı ilə hazırlanan maska üz dəriniz üçün çox xeyirli təsirə malikdir.
1 ədəd suda bişmiş kartofu soyaraq yaxşıca əzin. Üzərinə 1 stəkan süd və 1 çiy yumurta sarısı töküb qarışdırın. Daha sonra bu qarışığı bir az isidib ilıq-ilıq üzünüzə çəkin və 20 dəqiqə saxlayın. Əvvəlcə isti, sonra soyuq su ilə üzünüzü yuyub, yumşaq bir dəsmal ilə qurulayın. Daha sonra üzünüzə nəmləndirici bir krem də çəkə bilərsiniz.
Quru dəri üçün pomidor maskası
1 ədəd pomidorun qabıqlarını soyduqdan sonra əzərək suyunu çıxarın. Sonra bu suyun üzərinə 1 xörək qaşığı xama əlavə edərək qarışdırın. Bu qarışığı üzünüzə çəkib 15 dəqiqə gözləyin. Sonra isə ilıq su ilə yuyun.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim


Etiketlər:  Kartof yorğunluğunu götürürür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ