Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Paşayev iş yerində öldü

Ceyhun Paşayev iş yerində öldü

Tarix: 26 Avqust 2021 10:36

Avqustun 25-i saat 17 radələrində Yasamal rayonu, Moskva prospekti ev 75A, mənzil 30 ünvanında bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Yasamal Rayon Prokurorluğundan Sonxeber.net-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, "Archico" MMC-nin əməkdaşı Ceyhun Paşayev qeyd edilən ünvanda elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.


Etiketlər:  Ceyhun Paşayev yerində öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ