Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2021 13:32
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Astara rayonu Lovayın kəndində anadan olan daxili qoşunların müddətdən artıq hərbi qulluqçusu Orxan Babayevdir. Şuşa uğrunda gedən döyüşlərdə qumbaraatanla düşmənin ağır texnikalarını sıradan çıxaran Orxan noyabrın 7-də Şuşa qalası ətrafında döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Orxan Babayev 1994-ci il dekabrın 24-də Astara rayonu Lovayın kəndində anadan olub. Orta təhsilini Lovayın kənd tam orta məktəbində alan Orxan 2013-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb. Daxili Qoşunların Gəncə şəhərində yerləşən hərbi hissəsində nümunəvi əsgər olan Orxan xidməti başa vurandan sonra Müddətdən Artıq Hərbi Qulluqçu kimi xidmətini davam etdirməyə qərar verib.
Orxan Babayev Vətən müharibəsində işdirak etsə də bu barədə ata və anasından gizlədib. Validenləri ondan narhat olmasınlar deyə onlara Bərdə rayonunda hərbi hissələrin birində olduğunu və müharibəyə qatılmadığını bildirib.
26 yaşında ən uca zirvəyə, şəhidlik məqamına yüksələn baş çavuş Orxan Babayev Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Vətən uğrunda", "Şuşanın və Füzulinin azad olunmasına görə" medalarlı ilə təltif edilb.