Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çin ABŞ kəşfiyyatının koronavirusun mənşəyi ilə bağlı hesabatına cavab verib

Çin ABŞ kəşfiyyatının koronavirusun mənşəyi ilə bağlı hesabatına cavab verib

Tarix: 28 Avqust 2021 17:38

Çinin ABŞ-dakı səfirliyi ABŞ kəşfiyyatının COVID-19-un mənşəyi ilə bağlı hesabatını tənqid edib.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, müvafiq bəyanat diplomatik missiyanın saytında dərc olunub.

"ABŞ kəşfiyyatı tərəfindən uydurulan hesabat elmi cəhətdən inandırıcı deyil. Mənşəyin öyrənilməsi elmi məsələdir, bunu kəşfiyyat mütəxəssisləri yox, yalnız alimlər edə bilər və etməlidir", - səfirlikdən bildiriblər.

Sənəddə Çinin araşdırmaya mane olmaq və COVID-19 haqqında məlumatı beynəlxalq ictimaiyyətlə bölüşmək istəməmək iddiaları ilə qəti şəkildə razılaşmadığı və belə əsassız ittihamları qınadığı vurğulanır. Qeyd olunub ki, Çin əlində olan bütün məlumatları verib və ÜST ilə tam açıq və şəffaf əməkdaşlıq edib.

"ABŞ kəşfiyyatının hesabatı göstərir ki, Vaşinqton yanlış siyasi manipulyasiya yolu tutmağa çalışır. Hesabat Pekinin günahkarlıq prezumpsiyasına əsaslanır və yalnız Çini günah keçisinə çevirmək niyyətlidir", - diplomatik nümayəndəlikdən əlavə ediblər.

Qeyd edək ki, daha əvvəl ABŞ kəşfiyyatı koronavirusun mənşəyi ilə bağlı hesabatın məxfi olmayan versiyasını yayımlayıb.


Etiketlər:  Çin ABŞ kəşfiyyatının koronavirusun mənşəyi ilə bağlı hesabatına cavab verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ