Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2021 15:20
Azərbaycanın para-üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti çıxışını edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışının təsnifat mərhələsində 23,98 saniyə nəticə göstərib.
27 yaşlı idmançı 8 iştirakçı arasında üçüncü olub və finala yüksəlib. O, final mərhələsində 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 4-cü olub.
Qeyd edək ki, Roman Saley daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında qızıl medal qazanıb.