Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2019 15:20
Kipr mətbuatı “Qarabağ” klubunun mətbuat xidmətinin işini yüksək qiymətləndirib.
Qol.az xəbər verir ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” – APOEL matçını işıqlandırmaq üçün Azərbaycana gələn yunan jurnalistlər qeyd ediblər ki, görüşə xeyli sayda - 100-dək media nümayəndəsi akkreditasiya olunmuşdu.
Amma bu, hər hansı çətinlik yaratmayıb. “Azərbaycanlılar təşkilatı baxımdan yaxşı işləyiblər. Belə ki, hər bir jurnalistin oturacağı yerdə onların ad-soyadı qeyd edilib və şəkilləri yapışdırılıb” – deyə Kiprin tanınmış kerkida.net saytının yazısında bildirilib.