Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2021 23:14
Futbol üzrə Almaniya Bundesliqasında 3-cü tura yekun vurulub. Sonxeber.net matc.az-a istinadən bildirir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Mönhenqladbax "Borussiya"sı səfərdə "Union Berlin"lə qarşılaşıb. Üç qolun qeydə alındığı bu oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
İki turdan sonra turnir cədvəlinə başçılıq edən "Volfsburq" turun son matçında "Leypsiq"lə üz-üzə gəlib. Meydan sahibləri bu oyundan minimal hesabla qalib ayrılıblar.
Almaniya Bundesliqası
3-cü tur
27 avqust
Borussiya (Dortmund) - Hoffenhaym 3:2
Qol: Reyna, 49. Bellingem, 69. Haland, 90+1 - Baumqartner, 61. Dabbur, 90.
28 avqust
Arminiya - Ayntraxt 1:1
Qol: Vimmer, 86 - Hauqe, 22.
Auqsburq - Bayer 1:4
Qol: Nyederlexner, 30 - Yaqo, 3-öz qapısına. Nyederlexner, 14-öz qapısına. Şik, 75. Virts, 81.
Köln - Bohum 2:1
Qol: Şaub, 82. Lemperle, 90+1 - Zoller, 90+4.
Maynts - Qroyter 3:0
Qol: Lukoki, 15. Salai, 18. Ştoger, 90+2.
Ştutqart - Frayburq 2:3
Qol: Mavropanos, 45. Al Qaddiui, 45+2 - Yonq, 3; 9. Holer, 28.
Bayern - Herta 5:0
Qol: Müller, 6. Levandovski, 35; 70; 84. Musiala, 49.
29 avqust
Union Berlin - Borussiya (Mönhenqladbax) 2:1
Qol: Gesselmann, 22. Avoniyi, 41 - Hofmann, 90+1.
Volfsburq - Leypsiq 1:0
Qol: Russilyon, 52.